İndoneziyanın Azərbaycandakı səfiri Mingəçevirə səfər edib - FOTOLAR


İndoneziyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Husnan Bey Fananie  Mingəçevirdə növbəti dəfə səfərdə olub.

Yeniavaz.com xəbər verir ki, İndoneziya səfiri Husnan Bey Fananieni Mingəçevir şəhər İH başçısı İlham İsmayılov qəbul edib. Daha sonra şəhərin tarixi, coğrafi mövqeyi, sosial-iqtisadi və mədəni həyatı barədə ətraflı məlumat verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf kursunun uğurlu nəticələrinin Mingəçevirin də  simasından aydın göründüyünü qeyd edən İcra başçısı son illərdə şəhərdə aparılan genişmiqyaslı quruculuq-abadlıq işləri barədə, həyata keçirilən infrastruktur layihələr, təhsil, səhiyyə, mədəniyyət və turizmin inkişafı barədə qonağa  ətraflı məlumat verib. Səmimi qəbula görə İcra başçısına təşəkkürünü bildirən səfir qeyd edib ki, bu onun Mingəçevirə ikinçi səfəridir: "Mən Mingəçevirdə bir səfir kimi yox əziz bir insan kimi qarşılanıram.Ona görə də hətta bəzən bu şəhər mənim yuxuma da gəlir. Buranın təbiəti , turizm potensialı mənim çox xoşuma gəlir. Mən dünən də Mingəçevir Dövlət Universitetində oldum.Çox səmimi qarşılandım.Bu universitetdə bəlkə də gələcəkdə bir müəllim kimi işləmək istərdim”.


Esmira Hidayətova, Mingəçevir


 
 

DİGƏR XƏBƏRLƏR

Top