Çindən kənarda koronavirusun yeni növünə yoluxanların və bu virusdan ölənlərin statistikası açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Honqkonq qəzeti yazıb. Bildirilir ki, fevralın 22-də səhər saatlarına olan məlumata görə, yoluxma halları son sutka ərzində 228 vahid artaraq 1 479 nəfərə çatıb. Ayrı-ayrı ölkələr üzrə İranda 6, Yaponiyada 3, Honkonq və Cənubi Koreyada 2, Fransa, İtaliya, Tayvan və Filippində 1 ölüm faktı qeydə alınıb. Ən çox yoluxma halı isə Çindən sonra Yaponiyada (700-dən çox) qeydə alınıb. Onlardan 600-dən çoxu Yokohamada karantinə salınan “Diamond Princess” ekipajının sərnişinləri və ekipaj üzvləri olub. Cənubi Koreyada isə 142 yeni yoluxma hadisəsi aşkarlanaraq, xəstələrin ümumi sayı 346 nəfərə çatıb.
Sinqapurda - 86, Honqkonqda - 69, Taylandda - 35, Tayvanda - 26, Malayziyada - 22, İranda - 27, Avstraliyada - 17, Almaniyada, Vyetnamda və ABŞ-da - 16, Fransada - 12, Makaoda - 10 xəstə var. Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Kanada, Filippin, Hindistan, İtaliya, İran, Rusiya, İspaniya, Belçika, Kamboca, Misir, Finlandiya, Nepal, Şri-Lanka və İsveçin hər birində isə 10-dan az yoluxma hadisəsinin baş verdiyi bildirilir.
İlahə Hüseynova