Bakıda biznes sərgisi keçirilib - VİDEO


Fevralın 20-dən Bakı İdman Sarayında yerli məhsulların və xidmətlərin tanıdılması məqsədilə "Partners and Business" sərgisi öz işinə başlayıb.

Yeniavaz.com xəbər verir ki, sərgidə 150-dək şirkət tərəfindən istehsal olunan məhsullar və xidmətlər nümayiş olunur. Məqsəd Azərbaycan şirkətlərinin daha geniş auditoriyaya tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır.
Sərgidə həmçinin sənaye, xidmət, turizm, logistika, inşaat, sənətkarlıq və sair sahələrdə 20-dək kiçik və orta sahibkarlıq subyektinin ödənişsiz olaraq məhsul və xidmətlərini təqdim etməsi üçün xüsusi stend yaradılıb.

DİGƏR XƏBƏRLƏR

Top