ÜST-dən koronavirusun yayıldığı İranla bağlı AÇIQLAMA


Ümumdünya Səhiyyə Təşkilatının Baş katibi Tedros Adhanom Çindən xaricdə koronavirusa yoluxanların sayının artmasının ciddi təhlükələrə yol açabiləcəyini deyib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Cenevrədə mətbuata açıqlama verən T. Adhanom virusu nəzarətə götürmək üçün vaxtın getdikcə azaldığını bildirib:
“Bu fürsəti indi əldən versək, ciddi nəticələri olacaq. Bir gün geriyə baxıb, əlimizdəki bu vaxtı dəyərləndirmədiyimiz üçün peşman olmamalıyıq”.
T. Adhanom həmçinin İranda yoluxma hallarının çoxalması və Livanda ilk belə halın müşahidə edilməsi haqqında da danışıb:
“Virusun yeni meydana çıəxdığı bu ölkələr göz önünə alındığı zaman vəziyyətin nə qədər təhlükəli olduğu da ortaya çıxır”.
T. Adhanom koronavirusla mübarizə aparılması üçün daha çox maddi dəstək tələb edib. Bildirib ki, aprel ayına kimi vacib qabaqlayıcı tədbirlərin alınması üçün nəzərdə tutulmuş 61, 5 milyon dolların sadəcə 1, 2 milyon dolları toplanıb. Bu pul, səhiyyə sistemi zəif olan ölkələrdə virusa qarşı tədbirlərin görülməsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, ÜST-ün nəzarəti altında bir qrup səhiyyə əməkdaşı virusun meydana çıxdığı Uhanda həmkarları ilə görüşəcək.

DİGƏR XƏBƏRLƏR

Top