Uhandan Ukraynanın Poltava əyalətinə ukraynalıların təxliyyəsi zamanı yerli sakinlərin etirazlarını çinlilər utancverici adlandırıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbəbr verir ki, Çinin “Toutiao” portalının oxucuları ukraynalıların təlaşını utancverici və ağlasığmaz davranış kimi qiymətləndiriblər. Eyni zamanda onların belə hərəkətinə görə məyus olduqlarını, qəddarlıqda ittiham edib və həmvətənlərinə qarşı mehriban olmağa çağırış ediblər.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski də yerli sakinlərin etirazlarına qəzəbini bildirmiş və onlara yaraşan hərəkət olmadığını qeyd etmişdi. Dövlət başçısı həmçinin açıqlamasında, iğtişaşlarda günahkarların cəzalandırılacağına da söz vermişdi.
İlahə Hüseynova