İranda seçki saxtakarlığına görə 8 nəfər saxlanıldı


Dünən İranda parlament seçkiləri baş tutub.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, ölkənin cənub-qərbində seçki saxtakarlığına yol vermiş 8 nəfər saxlanılıb. Bu barədə Şuş rayonunun baş prokuroru Mustafa Nazari açıqlama verib. O, insanları şahidi olduqları seçki pozuntuları barədə məlumat verməyə çağırıb.
Qeyd edək ki, ötən gün İranda parlament seçkiləri keçirilib. Parlamentdəki 290 yer uğrunda ümumilikdə 7148 nəfər mübarizə aparıb. İran İslam Respublikasında 57 milyona yaxın səsvermə hüququ olan vətəndaş var.

DİGƏR XƏBƏRLƏR

Top