İranda parlament seçkiləri yubanma ilə başa çatdı


İranda seçki məntəqələri bağlanıb və parlament seçkiləri başa çatıb.

Parlament seçkiləri ötən gün yerli vaxtla saat 8:00-də (Bakı vaxtı ilə saat 8:30-da) başlayıb. Səsvermələr saat 18:00-da (Bakı vaxtı ilə saat 18:30-da) qurtarmalı idi. Lakin bir sıra məntəqələrdə səsvermələrin müddəti artırılıb. Hakimiyyət orqanları bildirib ki, bu, seçicilərin sayının çoxluğu ilə əlaqədardır.

Səsvermə nəhayət Bakı vaxtı ilə saat 00:30-da başa çatıb. Seçkilərin keçirilməsi üzrə qərargahın rəsmi nümayəndəsi İsmayıl Musavi səsvermələrin başa çatdığını bildirib.//Report

DİGƏR XƏBƏRLƏR

Top