Manaf Ağayev polisə çağırılıb - RƏSMİ


Müğənni Manaf Ağayev Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) dəvət olunub.

Yeniavaz.com xəbər verir ki, bu barədə BŞBPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. O bildirib ki,  Manaf Ağayevlə profilaktik söhbət aparılaraq sərbəst buraxılıb. Müğənni hərəkətindən peşman olduğunu bildirərək üzrxahlıq edib. 

Xatırladaq ki, bir müddət əvvəl ATV telekanalında yayımlanan “Ən yaxşısı” verilişində müğənni Manaf Ağayev qadınlar haqda zorakılığa çağırış edən fikir səsləndirib. 

DİGƏR XƏBƏRLƏR

Top