İsraildən koronavirusla bağlı gözlənilməz addım – Bu şəxslərə 7 il həbs cəzası veriləcək


İsrail hökuməti Şərqi Asiya ölkələrini ziyarət etdikdən sonra ölkəyə qayıtdıqlarında 2 həftə karantində qalmayan və bütün təlimatlara əməl etməyənlərə 7 ilədək həbs cəzası verəcəyini açıqlayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, İsrail Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, Şərqi Asiya səfərindən ölkəyə qayıdan 50 nəfər 14 gün karantində qalmaqla bağlı təlimatlara əməl etməyib. Bundan sonra hökumət bugündən həmin təlimatlara əməl etməyənlərə 7 ilədək həbs cəzası verəcəyini açıqlayıb.
Bundan başqa İsrail Səhiyyə Nazirliyi əhaliyə hər hansı bir şübhəli şəxs gördüklərində məlumat vermələri ilə bağlı xəbərdarlıq edib.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top