Koronavirus ölümündən sonra İran-Azərbaycan sərhəddində vəziyyət necədir? – RƏSMİ AÇIQLAMA


Xəbər verdiyimiz kimi ötən gün İran Səhiyyə Nazirliyi Qum şəhərində iki şəxsin koronavirusa yoluxduğunu təsdiq etmiş və daha sonra həmin şəxslərin öldüyü bildirilmişdi. Ölümcül virusun qonşu ölkəyə qədər gəlib çatması cəmiyyətimizdə də ciddi narahatlığa səbəb olub. Hər kəsi maraqlandırılan suallardan biri də İran-Azərbaycan sərhəddində yoxlamaların necə aparılmasıdır.  
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov Yeniavaz.com-a açıqlamasında İranla olan sərhəddə nəzarətin gücləndirildiyini bildirdi:
“Çin Xalq Respublikasında yayılan və bir sıra ölkələrdə də müşahidə olunan koronovirus epidemiyası ilə bağlı Dövlət Gömrük Komitəsi tərəfindən bütün gömrük-sərhəd buraxılış məntəqələrində qabaqlayıcı tədbirlər həyata keçirilir. Bu məqsədlə gömrük-sərhəd keçid məntəqələrində hərarəti məsafədən təyin edən stasionar termovizorllar quraşdırılıb, eyni zamanda təlimata uyğun olaraq mütəmadi dezinfeksiya işləri aparılır”.
Xatırladaq ki, son məlumatlara görə, İranda koronavirusdan ölənlərin sayı 4-ə çatıb.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top