Goranboy sakini 2 körpəsi ilə qəzalı evdə yaşayır - FOTOLAR


Goranboy rayonu Xanqərvənd kənd sakini Afət Əsgərova evinin qəzalı vəziyyətdə olmağından şikayət edib.
Yeniavaz.com xəbər verir ki, Goranboy rayonu Xanqərvənd kənd sakini Afət Əsgərova mənzilin son 3 ayda arxa və yan divarlarının parçalandığını deyib. Kənd sakini oğlu, gəlini və 2 azyaşlı nəvəsi ilə hər an uçmaq təhlükəsi olan evdə yaşadığını bildirib. Afət Əsgərova yağış, güclü külək olan zaman həyacan, qorxu içində qaldıqlarını deyir: "İri çatları olan mənzili isitməkdə mümkün deyil. Otaqlarda yaranan çatlar günbəgün artaraq daha da qorxuya salır, aidiyyatı orqanlara müraciət etmişəm, hər kəsdən kömək gözləyirəm".


Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top