“Çin hökuməti mart ayının sonuna qədər ölkə daxilində yayılan koronavirusa qalib gələcək”.
Yeniavaz.com “TASS” agentliyinə istinadən xəbər verir bu barədə Çinin Rusiyadakı səfiri Can Xanxuey açıqlama verib.
"Biz bu virus üzərində tam bir qələbə qazana bilərik. Hubey ilə yanaşı virus digər bölgələrdə bu ay ram edilə bilər. Epidemiyanın mərkəzində isə, növbəti ay ərzində koronavirus tamamilə aradan qaldırılacaq" – deyə, səfir bildirib.
Bundan əlavə o, bugünə qədər 18 min xəstənin sağalaraq hospitaldan buraxıldığını qeyd edib: "Mərkəzi bölgədən başqa bir çox vilayətdə və bölgədə 10 gündən çoxdur ki, yeni infeksiya qeydə alınmayıb. Hubey əyalətində, xüsusilə Uhan bölgəsində, yoluxmuş insanların sayı azalmağa davam edir".
Diplomat həmçinin Pekinin səhiyyə sahəsində rus tərəfdaşları ilə əməkdaşlığı intensivləşdirməyə və xarici ölkələrin iki ölkənin daxili işlərinə müdaxiləsinə qarşı mübarizə aparmağa hazır olduğunu vurğulayıb.
İlahə Hüseynova