İran hökuməti koronavirusa görə möminlərə çağırış etdi


İranın Səhiyyə Nazirliyi möminləri Qum və Ərakdakı müqəddəs yerləri ziyarət etməyi təxirə salmağa çağırıb.

Yeniavaz.com “Report”a istinadən xəbər verir ki, bu qərar ötən gün koronavirusa yoluxma ilə bağlı təsdiqlənmiş üç halla bağlıdır. Belə ki, yoluxanların hər 3-ü İran vətəndaşıdır və xəstəxanalarda müalicə olunur.

Bununla yanaşı, Qum şəhərində tələbə və turist düşərgələri, konfrans, seminar və digər tədbirləri keçirməyi də təxirə salmaq tövsiyə olunur.

Qeyd edək ki, Azərbaycanın baş infeksionisti Cəlal İsayev İrandan Azərbaycana koronavirusun keçmə ehtimalını istisna edib.

DİGƏR XƏBƏRLƏR

Top