KİV-də Neftçalada daha iki yüksək vəzifəli şəxsin tutulduğu xəbəri yayıldı - FOTOLAR

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Neftçala rayonunda daha iki yüksək vəzifəli şəxsi saxlayıb.

Yeniavaz.com Unikal.org-a istinadən xəbər verir ki, saxlanılan şəxslər arasında Neftçala Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Əkbərov Vurğun Nizami oğlu və Neftçala Rayon Təhsil Şöbəsinin müdiri Kərimov Əjdər Abasət oğlu da var.

Qeyd edək ki, ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevi rüşvət alarkən saxlaması barədə məlumat yayılıb.

(Əkbərov Vurğun)


(Kərimov Əjdər)

DİGƏR XƏBƏRLƏR

Top