Koronavirusa qarşı vaksin bu tarixdə sınaqdan keçiriləcək


Çində yeni növ koronavirus üçün nəzərdə tutulan vaksinin kliniki sınaqları ən tez aprel ayının sonundan həyata keçiriləcək.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin elm və texnologiya nazirinin müavini Xu Nanpin deyib.
Onun sözlərinə görə, hazırda dərmanın hazırlanması digər ölkələrlə sinxron şəkildə həyata keçirilir.
Öz növbəsində Çinin Dövlət Səhiyyə Komitəsinin müavini Zenq Yixin Çinin yaratdığı bəzi peyvənd növlərinin artıq heyvanlar üzərində sınanmağa başladığını qeyd edib: “Covid-19 yeni virus olduğu üçün bilmədiyimiz amillər ortaya çıxır. Eyni zamanda vaksinin hazırlanması olduqca çətin və vaxt tələb edir”. 
Qeyd edək ki, fevralın 20-i Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirusa qarşı preparatların sınağının nəticəsini üç həftə ərzində əldə edəcəyini açıqladı.  
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top