Trampın keçmiş müşaviri 7 cinayətə görə cəmi 3 il cəza aldı


ABŞ Prezidenti Donald Trampın keçmiş müşaviri Rocer Stoun 3 il 4 ay həbsə məhkum edilib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Vaşinqton məhkəməsində R.Stoun yalan ifadə verməkdə, Konqresin istintaqının qarşısını almağa cəhddə daxil olmaqla 7 cinayətdə günahlandırılıb.

Qeyd edək ki, Rocer Stoun 2016-cı il prezident seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı keçmiş prokuror Robet Müllerin apardığı təhqiqatda əsas fiqurlardan hesab olunurdu. Ona qarşı irəli sürülən ittihamlardan biri də iş üzrə ifadə verməyə hazırlaşan şahidlərdən birini Konqreslə əməkdaşlıqdan çəkindirməyə məcbur etməsidir. Həmin şahid isə amerikalı radioaparıcı, Rocer Stounla “WikiLeaks”in təsisçisi Culian Assanj arasında vasitəçi rolunu oyanayan Rendi Krediko imiş.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top