Fransada on minlərlə insan küçələrə çıxdı


Fransada təqaüd sistemində islahatlara qarşı etiraz aksiyaları davam edir.

Dünən keçirilən ümumölkə üzrə nümayişlərdə 92 mindən çox insan iştirak edib.

Qeyd edilir ki, təkcə paytaxtda təşkil olunan aksiyalara 8 minə yaxın insan qatılıb.

Təqaüd sistemində islahatlar haqqında qanun layihəsi hazırda Fransa Milli Assambleyasında müzakirə olunur. Qanun layihəsinə irəli sürülmüş əlavələrin sayının həddindən artıq çoxluğu sənədin qəbul edilməsini çətinləşdirib. Belə ki, deputatlar bu həftə qanun layihəsinə irəli sürülmüş əlavələrin müzakirəsinə başlayıblar.

Qeyd edək ki, fransızların küçələrə çıxmasına səbəb olan islahat çətin əmək şəraiti səbəbindən daha tez təqaüdə çıxmaq imkanlarının və artıq ödənişlər almağa imkan verən bir sıra peşə nümayəndələri üçün mövcud olan xüsusi kateqoriyaların ləğvini nəzərdə tutur.//Report

DİGƏR XƏBƏRLƏR

Top