UEFA Avropa Liqası: “Başakşehir” səfərdə “Sportinq”ə məğlub olub - NƏTİCƏLƏR


Fevralın 20-də futbol üzrə UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün onaltıdabir final mərhələsinə start verilib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin turnirdə yeganə təmsilçisi “Başakşehir” səfərdə Portuqaliyanın “Sportinq” komandasının qonağı olub.

Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Sportinq”ın heyətində Sebastyan Koates, Sporar Andraz və Lusiano Vietto fərqləniblər. “Başakşehir”in yeganə qoluna isə Edin Vişca imza atıb.

“Qarabağ”ın qrup mərhələsindəki rəqibi İspaniyanın “Sevilya” klubu isə səfərdə Rumıniyanın “ÇFR Kluj” komandası ilə heç-heçə edib - 1:1.

Günün digər erkən başlayan oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

“Şaxtyor Donetsk” (Ukrayna) – “Benfika” (Portuqaliya) - 2:1;

“Ayntraxt” (Frankfurt, Almaniya) – “Zaltsburq” (Avstriya) - 4:1;

“Lüdoqorets” (Bolqarıstan) – “İnter” (İtaliya) - 0:1;

“Brügge” (Belçika) – “Mançester Yunayted” (İngiltərə) - 1:1;

“ÇFR Kluj” (Rumıniya) – “Sevilya” (İspaniya) - 1:1;

“Kopenhagen” (Danimarka) – “Seltik” (Şotlandiya) - 1:1;

“Xetafe” (İspaniya) – “Ayaks” (Hollandiya) - 1:0;

“Sportinq” (Portuqaliya) – “Başakşehir” (Türkiyə) - 3:1.

Qeyd edək ki, bu komandaların arasında cavab görüşləri martın 12-də keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top