Bakıda yaşayış binasının damı yanıb


Bakıda, Rəşid Behbudov küçəsində beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olub.

Yeniavaz.com FHN-ə istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Baş vermiş yanğın söndürülüb. Hazırda kiçik tüstülənmə mənbələrinin söndürülməsi məqsədi ilə konstruktiv elementlərin söküntüsü işləri aparılır.

DİGƏR XƏBƏRLƏR

Top