MSK-nın 4.5 saat çəkən iclası başa çatdı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclası başa çatıb.

Yeniavaz.com xəbər verir ki, 4 saat yarım davam edən iclasda bir sıra seçki dairələri üzrə müraciətlərə baxılıb, bəzi dairələrdə seçki məntəqlərinin nəticələri etibarsız sayılıb. 

İclasda 9 fevralda keçirilmiş parlament seçkilərinin nəticələrindən narazı qalan deputatlığa namizədlər də dinlənilib. Son olaraq 23 saylı Nəsimi-Səbail seçki dairəsindən olan namizədlər MSK üzvlərinə dairədəki qanun pozuntuları barədə ətraflı məlumat veriblər.

Qeyd edək ki, 23 saylı seçki dairəsində lider namizəd bitərəf Ziyad Səmədzadədir. (modern.az)

DİGƏR XƏBƏRLƏR

Top