Keçmiş deputatın oğlunun namizəd olduğu dairədə 5 məntəqə ləğv olundu

Mərkəzi Seçki Komisisyasının (MSK) bu gün keçirilən iclasında keçmiş deputat Fərhad Qəribovun oğlunun müraciətinə baxılıb.

 Bu barədə MSK üzvü İlkin Şahbazov məlumat verib. O qeyd edib ki, 57 saylı Kürdəmir Seçki Dairəsindən qeydə alınmış deputatlığa namizəd Rəşad Qəribov dairədəki pozuntulardan şikayətçidir.

İ. Şahbazov onu da vurğulayıb ki, şikayətçi müraciətinə 18 protokol təqdim edib. Araşdırma nəticəsində müəyyən olunub ki, 2 protokol istisna olmaqla digər protokollar DSK-dakı ilə eynilik təşkil edir.

Şikayət ətrafında aparılan müzakirələrin yekununda MSK-nıpn ekspert qrupunun rəyi ilə 5 seçki məntəqəsinin nəticələri ləğv edilib. Bunlar həmin dairə üzrə 7, 18, 20, 27 və 33 saylı seçki məntəqələridir. (Modern.az)

DİGƏR XƏBƏRLƏR

Top