
“Dünyanın heç yerində aşağı seçki komissiyaları ilə bizim qədər maarifləndirmə tədbiri keçirən qurum yoxdur”.
Yeniavaz.com apa-ya istinadla xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, məntəqələrdə seçicilərin iradəsini əks etdirməyən şübhəli hallar aşkarlananda, MSK nəticələri ləğv edir: “Aşağı seçki komissiyalarının qanunsuz fəaliyyəti aşkarlanan məntəqələrdə nəticələri ləğv edirik”.