Yüksək vəzifə verilən Sipilinin hakim anası təqaüdə göndərildi - FOTOLAR


Ali Məhkəmə Plenumunun növbəti iclasında sədr Ramiz Rzayev məlumat verib ki, Ali Məhkəmənin 7 hakimi son yaş həddinə çatdığına görə təqaüdə göndərilib.
Yeniavaz.com xəbər verir ki, təqaüdə göndərilən hakimlərdən biri də bu yaxınlarda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın köməkçi təyin edilən Andrey Sipilinin anası Tatyana Qoldman olub.
Məlumat üçün bildirək ki, milliyətçə yəhudi olan Tatyana Aleksandrovna Qoldman 1954-cü ildə Bakı şəhərində anadan olub. Onun oğlu Andrey Sipilinin daha əvvəl "PAŞA İnşaat" MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində çalışıb.




DİGƏR XƏBƏRLƏR

Top