Zelenski öz millətini bu hərəkətlərinə görə qınadı – "Bizə xas olan hərəkət deyil"


Ukrayna Prezidenti Vladimir Zelenski Çindən təxliyyə edilən vətəndaşların ölkəyə buraxılmasına etiraz edənləri qınayıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə “facebook” hesabında yazıb.
“Təhlükəli olan virusun yayılması deyil, bizim insan və ukraynalı olmağımızı unutmağımızdır. Yolları, xəstəxanaları bağlamaq və Ukrayna vətəndaşlarının Ukraynaya girməsinin qarşısını almaq cəhdləri bizə xas olan hərəkət deyil. Xüsusilə nəzərə alsaq ki, sərnişinlərin çoxunun yaşları 30-dan aşağıdır və gəncdirlər” – deyə, ölkə başçısı bildirib. 
V.Zelenski eyni zamanda hökumətin çətinlik çəkən hər kəs üçün mübarizə aparacağını qeyd edib: “Bir ukraynalı həmişə ukraynalı olaraq qalır. Uhanda müvəqqəti olaraq qalmaq və ya Kanadaya mühacir kimi getməsi onu ölkəsi üçün yad insan etmir. Cəmiyyətin də onlara qarşı eyni davranacağını ümid edirəm”.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top