Ukraynalılar xəstəxanaların qarşısında toplaşaraq etiraz etdilər: "Virusları gətirməyin"


Çinin Uhan şəhərindən 77 nəfərin Ukraynaya təxliyə edilməsi ukraynalıların etirazına səbəb olub.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, Çindən gələn 48 ukraynalı və 29 digər ölkə vətəndaşı ukraynalıların etirazına səbəb olub. Belə ki, xəstəxanaların qarşısında toplaşan vətəndaşlar Çindən gələnllərin ölkəyə daxil olmasına etiraz ediblər.
Qeyd edək ki, dünən Uhandan yola çıxan və yanacaq doldurmaq üçün Kiyevə enən təyyarə daha sonra Xarkov şəhərinə yola düşüb.
İlkin tibbi müayinə zamanı koronavirus aşkarlanmayan 77 nəfərin 14 gün ərzində Poltava vilayətində hərbi xəstəxanada xüsusi nəzarət altında saxlanılacağı bildirilib.

Lalə Cəfərli

DİGƏR XƏBƏRLƏR

Top