Çinin Uhan şəhərindən koronavirusdan ölən insanların sayı artmaqda davam edərkən, karantin altında olan şəhərdə yaşayan şəxsin itinə qarşı hərəkəti insanlar tərəfindən birmənalı qarşılanmayıb.
Yeniavaz.com xəbər verir ki, Çinin məşhur “Weibo” adlı saytının paylaşdığı bir video insanları təəccübləndirib. Belə ki, Uhanda bir şəxs evindən uzun müddətdir çıxmadığı üçün itini gəzdirə bilməyib. Bu zaman o, qeyri-adi bir üsula əl atıb və itin tasmasına ip bağlayaraq eyvandan həyətə buraxıb. Daha sonra isə yenidən iti iplə yuxarı, evə qaldırıb. Sosial şəbəkələrdə həmin şəxsin itə qarşı belə hərəkət etməsi birmənalı qarşılanmayıb. Bildirilir ki, həmin anlar ev sahibinin qonşusu tərəfindən qeydə alınıb.
İlahə Hüseynova