Son günlər ölkə apteklərində tibbi maskaların satışının artımı müşahidə edilir.
Yeniavaz.com xəbər verir ki, Mingəçevir şəhərinin bir çox apteklərində 10 qəpiklik tibbi maskanın bir ədədi 30 qəpiyə satılır. Bir neçə aptekdə apardığımız sorğu zamanı məlum oldu ki, depodan maskanın bir ədədi 22 qəpiyə verildiyindən onlar da 30 qəpiyə satırlar. Şəhərin müxtəlif ünvanlarında fəaliyyət göstərən apteklərin bəzilərində maskalar 20 qəpiyə, bəzilərində isə 35 qəpiyə satılır. Satıcılar bildirirlər ki, 20 qəpiyə satılan maskalar əvvəlcədən ucuz qiymətə alındığı üçün belə satılır.
Esmira Hidayətova, Mingəçevir