Ölkəmizdə 4-cü dəfə Satış Forum keçirildi - FOTOLAR


15 fevral, Hilton oteldə biznes sahiblərini və satış/marketinq mütəxəssislərini birləşdirən SAT FORUM keçirildi.
Yeniavaz.com
xəbər verir ki, SAT 2020-də ən az 300 nəfər sahibkar və satış peşəkarları iştirak edib.

4-cü dəfə keçirilən SAT Forumda müasir satış üsulları, daim yenilənən satış texnikaları və ənənəvi satış üsullardan danışıldı, iştirakçılar satış zamanı onları narahat edən məqamlarla bağlı ekspertlərə suallar təqdim edərək bir yerdə müzakirələr apardılar.

SAT FORUM satış texnikaları və alətləri, satışın idarəetməsi üzrə 2 paneldən ibarət idi. Hər paneldə 1 moderator və 4 spiker olmaqla toplamda 10 nəfər mütəxəssis çıxış etdi:
Murad Qəhrəmanlı (SAT Group - Satış Direktoru) – Satan təqdimat;
Rüfət Həsənov (Motivator Azərbaycan– Direktor) – Satışda inadkarlıq;
Cəlalə Mustafayeva (166 Yükdaşıma və logistika və 156 evakuasiya şirkətində Problemli müştərilərlə iş üzrə menecer) – Pulu necə almalı?;
Sərxan Quliyev (Superfon -  CEO, Sahibkar) – Şəxsi keys;
Edqar Abdullayev (Azerconnect MMC - Müştəri Xidmətləri və Rəqəmsal xidmətlər İdarəsinin Direktoru) - Satış və xidmətin vəhdəti;
Rüfət Hüseynov (Az-Granata - Kommersiya Direktoru) – İdarəçilikdə olmazsa olmaz;
Cavad Süleymanov (Texnomart - Direktor) – Analitik metodlarla satışın idarəedilməsi;
Hacıağa Hacı (Cubics – Direktor) – CRM proqramı vasitəsilə satışların effektiv idarəedilməsi;
Azad Qəhrəmanlı (SAT Group - Direktor) – Moderator;
Elvin Dadaşsoy (Dadashsoy Business School - Co-founder) – Moderator.
Spikerlərin çıxışları ilə qısa zamanda aşağıdaki linkə daxil olaraq tanış ola bilərsiniz: https://www.youtube.com/channel/UCSSJboZlOJD_onn7yizOg4A


Bütün tərəfdaşlara dəstəkləri üçün təşəkkür edirik!
Təşkilatçı: SAT Group (satgroup.az)
Çap və promo tərəfdaşı: Creatime (creatim.az)
Kreativ və dijital tərəfdaş: Morpho (morpho.az)
Sponsor: Hilton (hilton.com), Rekord
Tərəfdaş: Hostimul (hostimul.com), SAT Academy (satacademy.az), GoodFinance (goodfinance.az)
Proqram tərəfdaşı: Logix (logix.az)
Media tərəfdaşlar: Marja.az, Financetime.az, Facemark.az, Baku.WS, Fins.az, Banco.az, Banker.az, Yeniavaz.com, SalamNews.

DİGƏR XƏBƏRLƏR

Top