Dadaşlinskidən mitinqdə iştirak edənlərin bölgələrə aparılmasına REAKSİYA - VİDEO


İctimai Televiziyada yayımlanan “3D” verilişinin budəfəki qonağı deputatlığa namizəd Zaur Darabzadə olub.
Yeniavaz.com xəbər verir ki, verilişin əvvəlində maraqlı məqam yaşanıb. Belə ki, depuatlığa namizəd Əziz Əliyev efirə üzəri toz-torpaq içərisində gəlib. Əzizi o vəziyyətdə görən katibə Lyuba səbəbini soruşub. Əziz isə cavabında, “O gün şəhərə getmək istəyirdim və buna görə həyətə düşdüm. Daha sonra avtobusa mindim, o da bizi aparıb Kürdəmirdə düşürdü. Yaxşıdır, yol pulu almadılar, amma geri də qaytarmadılar. Təsəvvür elə mən Bakıya Kürdəmirdən piyada gəldim” – sözlərini deyib.
Verilişdəki bu məqam 16 fevral tarixində Mərkəzi Seçki Kommissiyasının (MSK) qarşısında baş verən aksiyanı xatırladıb. Belə ki, sözügedən aksiyada iştirakçılar avtobuslarla Azərbaycanın Yevlax, Kürdəmir, Hacıqabul, Ələt kimi müxtəlif bölgələrinə aparılmışdı.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top