İranda daha 3 nəfərdə koronavirus aşkarlandı


İranın Qum şəhərində daha 3 nəfərin koronavirus daşıyıcısı olduğu məlum olub.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, İranın Qum şəhərində daha 3 nəfərin həmin virusa yoluxduğu açıqlanıb. Beləcə Qum şəhərində koronavirusa yoluxanların sayı 5-ə çatıb. Qeyd edək ki, dünən İranın Səhiyyə Nazirliyi Qum şəhərində 2 nəfərin koronavirus səbəbilə öldüyünü açıqlamışdı. Xatırladaq ki, Çinin Uhan şəhərindən yayılmağa başlayan koronavirus səbəbilə bugünə qədər 2 min 128 nəfər dünyasını dəyişib. 80 minə yaxın insanın isə məlum virusa yoluxduğu bildirilib.
 
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top