Rus və ABŞ hərbi texnikaları Suriyada belə "savaşdı"


Rusiya və ABŞ-a aid hərbi texnikalar yol üstündə bir-birinə hücum edib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, 2011-ci ildən bugünə qədər ilk dəfə qarşı-qarşıya gələn ABŞ və Rusiya əsgərlərinin bu dəfə yol üstündə etdiyi hərəkətləri gündəm olub. Belə ki, İdlib yaxınlığında hərbi avtomobil idarə edən ABŞ əsgərləri, yanından keçib getmək istəyən Rusiyanın hərbi texnikasını sıxaraq yoldan çıxarıb. Həmin anlar digər avtomobillərin kamerası tərəfindən anbaan qeyd edilib.
Xatırladaq ki, bir neçə gün əvvəl Suriya hərbçilərinin hücumu nəticəsində 1 ABŞ əsgəri öldürülmüşdü. ABŞ isə qırıcı təyyarələrlə Suriyaya aid bir neçə strateji nöqtəni bombalamışdı. Yeri gəlmişkən qeyd edək ki, hazırda Suriyada İdlib uğrunda döyüşlər davam edir. Hücumlardan təsirlənən 9 yüz minə yaxın suriyalı Türkiyə sərhəddinə axın edib. Hücumlar davam edərsə miqrantların sayının artacağı gözlənilir.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top