Sumqayıtda bu binalar söküləcək

Sumqayıtda köhnə yaşayış binaları söküləcək.

Yeniavaz.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, şəhər ərazisində sökülməsi nəzərdə tutulan binalar ötən əsrin 40-50-ci illərində tikilmiş, istismar müddəti başa çatmış yaşayış binalarıdır:

"Həmçinin şəhər ərazisində 200-ə yaxın yaşayış binasının dam örtüyü, fasadları təmir olunacaq, 600 binanın istilik sistemi bərpa ediləcək. Prosesə bu il start veriləcək".

DİGƏR XƏBƏRLƏR

Top