Azərbaycan Ordusunun itkin düşmüş əsgərinin nəşi neytral ərazidən götürülüb


Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan Ordusunun hərbçisinin nəşinin neytral ərazidən götürülməsi barədə yayılan xəbərləri təsdiqləyib.

Yeniavaz.com xəbər verir ki, BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya açıqlamasında bildirib ki, fevralın 19-da tərəflərin müraciəti və razılaşması ilə BQXK Azərbaycan-Ermənistan sərhəddində həlak olan şəxsin nəşinin ərazidən götürülməsi əməliyyatında neytral vasitəçi kimi iştirak edib.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Ordusunun hərbçisi Akif Elşən oğlu Abbasov itkin düşüb. İtkin düşən hərbçinin nəşi bir neçə gün əvvəl Azərbaycan-Ermənistan sərhəddində neytral ərazidə tapılıb.

DİGƏR XƏBƏRLƏR

Top