“Bir ətək pul alıb, uşağa səhv diaqnoz qoydular” - Tanınmış naşir


Azərbaycanda naşir, yazıçı Müşfiq Xan 5 yaşında qardaşı oğlunun göz müayinəsindən sonra Diaqnoz tibb mərkəzini tənqid edib.


O, özəl klinikanı uşağa səhv diaqnoz qoymaqda suçlayır.

“Diaqnoz Tibb Mərkəzi. Bu xarabanın adını yadda saxlayın. Xəbərdar olun. 5 yaşlı qardaşım oğlunun gözünü müayinəyə bura aparmışdıq. Bir ətək pul alıb, -5 diaqnozu qoydular. Təcili eynək yazdılar, əlavə nələr təyin etdilər. Qanqaraçılıq. Yaxşı ki, başqa yerdə müayinə olundu. Bu gün məlum olub ki, uşağın gözündə heç bir problem və zəif görmə yoxdur. Ar olsun belə ləyaqətsiz, savadsız həkimlərə!"

Qeyd edək ki, Müşfiq Xan səhv diaqnozu təyin edən həkimin adını hallandırmayıb.//medicina.az

DİGƏR XƏBƏRLƏR

Top