Azərbaycan alimləri ABŞ alimlərinin səhvini AŞKARLADILAR

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, akademik Hətəm Quliyevin və AMEA-nın müxbir üzvü Rəşid Cavanşirin həmmüəllifi olduğu Yerin İlkin Etalon Modeli (YİEM) haqqında məqalə Amerika Geofizika İttifaqının nüfuzlu nəşrlərindən olan “Earth and Space Science” jurnalında çap olunub.
Yeniavaz.com "lent.az"a istinadla verir xəbər verir ki, məqalədə azərbaycanlı alimlər modelin geomexaniki cəhətdən düzgün olmadığını sübuta yetirib, qeyri-xətti geomexaniki təhlil metodu yaratmaqla, YİEM-in formalaşması zamanı yol verilmiş səhvləri müəyyən ediblər.
Görülmüş işlər fundamental əhəmiyyət daşımaqla yanaşı, həm də böyük innovativ xüsusiyyətə malikdir. Yeni metodun tətbiqi neft-qaz yataqlarının və regionun seysmik aktivliyinin öyrənilməsində yeni mərhələ rolunu oynayacaq.
Qeyd edək ki, Yerin İlkin Etalon Modeli 1981-ci ildə Amerika Geofizika İttifaqının prezidenti D.Anderson və məşhur professor A.Dzevonski tərəfindən beynəlxalq elmi ictimaiyyətə təqdim edilib. Alimlər sözügedən araşdırmalarına görə, 1989-cu ildə Yer elmləri sahəsində Nobel mükafatına bərabər sayılan Kraudof mükafatına layiq görülüblər. Model bugünə qədər çoxsaylı geoloji və geofiziki problemlərin həllində istifadə olunub.

DİGƏR XƏBƏRLƏR

Top