Paşinyan generalı ordudan qovdu - SƏBƏB


Ermənistan Prezident Armen Sarkisyan Müdafiə Nazirliyinin iki yüksək rütbəli şöbə müdirinin vəzifədən azad edilməsi barədə sərəncam imzalayıb.
Yeniavaz.com xəbər verir ki, yüksək rütbəli zabitlərin vəzifədən azad olunmasını prezidentə baş nazir Nikol Paşinyan təklif edib.
Vəzifədən çıxarılanlardan biri Müdafiə Nazirliyinin hərbi polis idarəsinin rəisi, general-mayor Artur Baqdasaryan, digəri isə mənəvi və psixoloji dəstək şöbəsinin müdiri Aleksan Aleksanyan olub.
Ermənistan mətbuatının yazdığına görə, zabitlərin işdən çıxarılması Ermənistan ordusunda qeyri-döyüş itkilərinin artması ilə əlaqəlidir.
Xatırladaq ki, bu ilin əvvəlindən ötən dövr ərzində Ermənistan ordusu qeyri-döyüş şəraitində 13 hərbçisini itirib.
 

DİGƏR XƏBƏRLƏR

Top