“Bank Standart” deputatın oğlunu və gəlinini məhkəməyə verdi – ŞİRKƏTLƏRİNİN SİYAHISI


Ləğv prosesindəki “Bank Standart”, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən yenidən namizədliyini vermiş və MSK-nın açıqladığı ilkin nəticələrə əsasən lider olan sabiq deputat İmamverdi İsmayılovun oğlu İlmir İsmayılovu və gəlini Pərvanə Azər qızı İsmayılovanı məhkəməyə verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı jurnalist Cavanşir Həsənli öz feyzbuk səhifəsində paylaşıb.

O, həmçinin “Bank Standart”ın keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevə məxsus olduğunu iddia edib: “Fevralın 12-də hakim Gündüz Cəlilovun sədrliyi ilə İmamverdi İsmayılovun oğlunun şirkətinə qarşı kassasiya şikayətinə baxılıb. Bank deputatın oğluna məxsus "Mir Holding" MMC-dən kreditin qaytarılmasını tələb edir”.

C. Həsənli İımir İsmayılovun bizneslə məşğul olduğunu bildirib və İmamverdi İsmayılovun ailəsinə məxsus şirkətlərin siyahısını paylaşıb. Həmin siyahını təqdim edirik:
1. "Mir Holding" MMC, 2009-cu il iyulun 16-da qeydiyyatdan keçib, təsisçisi və qanuni təmsilçisi İmamverdi İsmayılovun oğlu İlmir İsmayılov, hüqüqi ünvanı Yasamal rayonu, Mirzə Fətəli Axundov, ev 152, m. 46-dır.

2. "Mir Group Holding" MMC, 2017-ci il yanvarın 13-də qeydiyyatdan keçib, təsisçisi və qanuni təmsilçisi İmamverdi İsmayılovun oğlu İlmir İsmayılov, hüqüqi ünvanı Badamdar ŞTQ, Seyran Məmmədov küçəsi 16, mənzil 30-dur.

3. "İKO" MMC, 2006-cı il aprelin 24-də qeydiyyatdan keçib, təsisçisi və qanuni təmsilçisi İmamverdi İsmayılovun həyat yoldaşı Bağdagül Qurban qızı İsmayılova, hüqüqi ünvanı Yasamal rayonu, Mirzə Fətəli Axundov, ev 152, m. 46-dır.

4. "Mir Global Logistics" MMC, 2010-cu il aprelin 2-də qeydiyyatdan keçib, qanuni təmsilçisi Fuad Qibləli oğlu Bünyadov, hüqüqi ünvanı Yasamal rayonu, Mirzə Fətəli Axundov, ev 152, m. 46-dır.

5. "Super Kids Klub" MMC (uşaq bağçası), 2012-ci il dekabrın 7-də qeydiyyatdan keçib, qanuni təmsilçisi Pərvanə Azər qızı İsmayılova, hüqüqi ünvanı Nərimanov rayonu, Həsən Əliyev, ev 1, m. 127-dir.

DİGƏR XƏBƏRLƏR

Top