Bu ilin yanvar ayında Azərbaycan Çindən 113 milyon 992 min 410 dollar dəyərində məhsul idxal edilib.
Yeniavaz.com xəbər verir ki, Azərbaycanın ümumi idxalında Çinin payı 15,8% olub.
Məlumat üçün bildirək ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə Azırbaycanın Çindən idxal etdiyi mallar dəyər ifadəsində 30% və ya 26 milyon 510 min 580 dollar artıb. Ötən ilin yanvar ayında Azərbaycanın ümumi idxalında Çinin payı 8,5% olub.
Onu da bildirək ki, əvvəlki illərin yanvar aylarında da Çindən gətirilən mallar heç vaxt bu səviyyəyə yüksəlməyib.
Son 6 ilin yanvar ayında Çindən idxal olunan mallar dəyər ifadəsində belə olub:
Dövr | İdxal | Ümumi idxala nisbətən %-lə |
2020 Yanvar | 113 992,41 min dollar | 15,8 % |
2019 Yanvar | 87 481,83 min dollar | 8,55 % |
2018 Yanvar | 65 268,98 min dollar | 9,48 % |
2017 Yanvar | 52 829,55 min dollar | 11,74 % |
2016Yanvar | 24 382,01 min dollar | 5,51 % |
2015 Yanvar | 41 255,54 min dollar | 7,18 % |
Xatırladaq ki, ötən ilin dekabr ayında Çində meydana gələn koronavirus xəstəliyi ("2019-nCoV") səbəbindən dünyanın bir sıra ölkələri, o cümlədən də Azərbaycanın müvafiq qurumları Çindən udxal olunan bəzi məhsulların ölkəyə girişinə qadağa qoyub. Məsələn, Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Çindən ölkəmizə diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının idxalına, eləcə də zoomağazalar və zooparklar üçün vəhşi heyvanların gətirilməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.
Açıqlanan rəsmi rəqəmlər isə onu göstərir ki, koronavirus xəstəliyinə baxmayaraq Çindən idxal olunan mallar kəskin artıb.
A. Cəfərov