"New York Times"da suriyalılarla bağlı təsirli məqalə


"New York Times" müharibədən qaçan suriyalıların yaşadığı acınacaqlı həyatı gündəmə gətirib.
Yeniavaz.com "New York Times"a istinadla xəbər verir ki, Suriyada Bəşər Əsəd rejiminin hücumundan qaçaraq Türkiyəyə keçmək istəyən insanlar sərhəddə çətinliklər yaşayırlar. Yazının müəllifi hadisə yerində azyaşlıların, qadınların soyuqda küçələrdə yatdığını bildirib:
"Yüz minlərlə insan Suriyadan çıxmağa çalışır. 21 yaşlı Yəhya Camal da onlardan biridir. Ailəsi bombardıman səbəbilə evlərini itirib, çarəsiz vəziyyətdədir. Suriya rejiminin hücuma keçdiyi İdlibdən 9 yüz minə yaxın qaçqın şəhəri tərk etməyə çalışır. Türkiyə ilə sərhəddə suriyalıların çox az hissəsi çadır şəhərciklərində yaşayır. Sadəcə 5 min çadır var ancaq, 60 min çadıra ehtiyac var. Əksəriyyət ağacların altında, zeytun bağlarında, yerdə yatırlar. Şəraitsizlik ucbatından 12 uşaq dünyasını dəyişib". Yazının davamında bildirilir ki, sərhəddi keçməyə ancaq bəzi suriyalı iş adamlarına icazə verilir. İnsanlar küçənin ortasında kartona və ya təkcə yorğana sarılıb yatırlar. Əgər bombardımanlar dayandırılmasa fəlakət olacaq, daha çox insan eyni çətinliklərlə üzləşəcək.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top