“Artıq hər an İdlibə qoşun yeridə bilərik” - Ərdoğan


Suriyanın İdlib şəhərindəki mübahisəli məsələnin həlli üçün Türkiyə və Rusiyanın nümayəndə heyətləri arasındakı görüşlərdən heç bir nəticə çıxmadı.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan rəhbəri olduğu AKP-nin (Ədalət və İnkişaf Partiyası) iclasında hər an İdlibə qoşun yeridə biləcəklərini deyib: “Danışıqlar bizim istədiyimizdən fərqli istiqamətdə gedir. Türkiyə İdlib məsələsinin həlli üçün bütün hazırlıq tədbirlərini görüb. “Bir gecə xəbərsiz gələ bilərik”, deyirik. Daha açıq desəm, artıq hər an İdlibə qoşun yeridə bilərik”.
Qeyd edək ki, son günlər İdlibdə Türkiyə ordusu ilə Bəşər Əsədin tabeçiliyində olan hərbiçilər arasında ciddi atışmalar meydana gəlmiş, bu zaman Türkiyə tərəfindən 13, Suriya tərəfindən isə yüzə yaxın əsgər həyatını itirmişdir.

DİGƏR XƏBƏRLƏR

Top