Rusiyada həmkarları ilə zarafat etmək istəyən FHN işçisinə cinayət işi açıldı


Rusiya Fövqəladə Hallar Nazirliyinin Stavropol diyarının regionla şöbəsinin mətbuat xidmətinin rəhbəri Oleq Deqtyarev həmkarlarına yalan məlumat verdiyi üçün vəzifəsindən azad edilib.
Yeniavaz.com xəbər verir ki, bir neçə gün əvvəl FHN-nin regionla şöbəsinin mətbuat xidmətinin rəhbəri Oleq Deqtyarev Stavropol diyarında fəaliyyət göstərən ermənilərə məxsus "Urartu" restoranında ad gününü qeyd edib.
Ad günü məclisinin gedişində Oleq Deqtyarev FHN-nin regionla şöbəsinə zəng edərək "Urartu" restoranında terror aktının olacağı barədə məlumat verib. Zəngdən qısa müddət sonra FHN-nin xilasedici qrupu "Urartu" restoranına gəlib. Xilasedicilər restorana daxil olduqları zaman qarşılarında ad gününü qeyd edən sərxoş həmkarları ilə qarşılaşıblar.
Baş verən hadisədən sonra FHN-nin regionla şöbəsinin rəhbərliyi mətbuat xidmətinin rəhbərini tuduğu vəzifədən azad edib. Stavropol diyarının hüquq-mühafizə orqanları isə 27 ildir FHN-də çalışan Oleq Deqtyarev barəsində "yalan məlumat vermə" maddəsilə cinayət işi açıblar.

DİGƏR XƏBƏRLƏR

Top