Qızları azərbaycanlı bəstəkarı ruhi xəstəxanaya yerləşdirib - Efirdə ürəkdağlayan anlar - VİDEO

Bir müddət öncə ölüm xəbəri yayılan bəstəkar Ətiqə Ələkbərova efirə çıxıb.

Efirə çıxan bəstəkar sağ olduğunu, qızlarının onu ruhi xəstəxanaya göndərdiyini açıqlayıb:

"5 ildir mən ruhi xəstəxanadan çıxmıram. Bəstəkar dünyasını dəyişəndən sonra belə mahnıları yaşayırsa, özü də yaşayır. Qızlarımın üçü də Kanadada yaşayır. İki qızım yaxşıdır, İlahə məni sevmir. Evimə sahib çıxmaq istəyir. Makedoniyalıya ərə gedib, bir neçə il Bakıda kirayə evdə yaşadılar. Mənim evimdə yaşamaq istəyirdi. Gördü ki mənim evimi zəbt edə bilmədi, çıxıb getdi Kanadaya. 3 ildir gedib. Evi əlimdən almaq üçün məni elə bir yerə saldırdı ki... Artıq 5 aydır onlardan imtina etmişəm, onlardan heç nə istəmirəm. Kiçik qızım İlahə rəfiqəsinə tapşırıb ki, mənə qulluqçu tapsın. Böyük qızım deyib ki, hər ay anamıza 600 manat göndərək. Kiçik qızımsa onun 300 manatını özünə götürür, 300-nü mənə. Mən dünən gəlmişəm evə, heç nəyim yoxdur. Evim bomboşdur. Cəmi iki kravatdır. Paltarlarım da yoxdur. Mənim evimdə Maisə qalırdı – qızımın rəfiqəsi. Ola bilər ki, o, aparıb. Böyük qızımın nömrəsini də bilmirəm".

DİGƏR XƏBƏRLƏR

Top