Çində koronavirusdan ölənlərin sayı pik həddə çatdı – Bu dəfə 2 mini keçdi


Çində koronavirusdan ölənlərin sayı 2004 nəfərə çatıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Gigiyena və Sağlamlıq Dövlət Komitəsi məlumat yayıb. Bildirilir ki, virus yayılmağa başlandığı gündən 74,1 mindən çox yoluxma halı, rəsmi ölüm səviyyəsi 2,57%-dən 2,7%-ə yüksəlib.
Bölgələr arasında, Hubey əyaləti yoluxmuş insanların sayına görə birinci yerdədir, burada 61.6 mindən çox insanın qeydiyyata alındığı, 1921 nəfərin öldüyü, 9128 nəfərin sağaldığı bildirilir. Burada rəsmi ölüm səviyyəsi 2.98%-dən 3.11%-ə yüksəlib. Həkimlərin bildirdiyinə görə, Hubeydə virusa yoluxmuş 9,2 mindən çox insanın vəziyyəti ağır, 1,9 mindən çoxunun vəziyyəti isə olduqca kritikdir. Yoluxmuş insanlarla yaxın əlaqədə olan təxminən 68,3 min sakin isə hazırda həkimlərin nəzarəti altındadır.
Hubeydən sonra 1,3 mindən çox sakinin xəstələndiyi Quandun, 1,2 mindən çox yoluxma halı ilə Henan və 1,1 mindən çox yoluxma halı ilə Çjetszyan gəlir.
Ölümcül virusun yayıldığı Uhan şəhərində isə virusa yoluxmuş insanların sayı 44,4 mini keçib.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top