Bakıda canavar 54 yaşlı kişiyə hücum etdi - FOTO


Bakıda canavar yerli sakini dişləyib.

Yeniavaz.com “Report”a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivində 1966-cı il təvəllüdlü Cahangirov Camal Fəxrəddin oğlu canavarın hücumuna məruz qalıb. Yırtıcı onun bədəninin hər iki yuxarı ətrafına xəsarət yetirib. C.Cahangirov təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top