MSK: “Videogörüntülərdən görünür ki, orada ən sakit davranan polisdir”

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Komissiyanın sədr müavini Rövzət Qasımov 9 saylı Binəqədi Seçki Dairəsinin 14 saylı məntəqəsində çəkilən videogörüntülərə münasibət bildirib.

Yeniavaz.com modern.az-a istinadla xəbər verir ki, Rövzət Qasımovun sözlərinə görə, 14 saylı məntəqədə məntəqə sədri şikayətçiləri sakitləşdirmək əvəzinə özü də onlara qoşulub qışqırır:

“Bu məntəqədə çəkilən videogörüntülərdən görünür ki, orada ən sakit davranan polisdir. Məntəqə sədri Komissiya üzvünə yaraşmayan halda münasibət sərgiləyir. Müşahidəçinin hətta təhqir kimi qəbul olunacaq müdaxiləsinə baxmayaraq, məntəqə sədrlərinin çox sakit və təmkinlə davrandığını görmüşük. Bu məntəqədə isə müşahidəçilər necə davranırsa, məntəqə sədri də elə davranır. Biz gələcəkdə komissiya üzvlərinə təlimlərimizdə bu kimi faktları nəzərə almalıyıq”.

MSK katibi Mikayıl Rəhimov isə həmin məntəqə üzrə komissiyanın seçkçi keçirməyə hazır olmadığını bildirib: “Mən hesab edirəm ki, əgər vəziyyət belədirsə, komissiya buraxılsın”.

DİGƏR XƏBƏRLƏR

Top