Bəxtiyar Hacıyevin dairəsində bu məntəqələr LƏĞV EDİLDİ - YENİLƏNİB

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 29 saylı Səbail seçki dairəsindən namizəd Bəxtiyar Hacıyevin şikayətinə baxılıb.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, namizədin ərizəsi barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.

B. Hacıyev bildirib ki, həmin dairədə nəticələr ləğv edilsin.

R. İbrahimov bildirib ki, şikayətçi səsvermə günü 22 məntəqə üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini tələb edib. O, ərizəyə 1 ədəd elektron daşıyıcı təqdim edib. 

Araşdırma zamanı məlum olub ki, 29 saylı dairə üzrə 1,5,9,11,17,25  saylı məntəqələrin nəticələri etibarsız hesab edilsin. MSK qərarı təsdiqləyib.

Qeyd edək ki, sözügedən dairənin lider namizədi Nigar Arpadaraidir.

***     19:08

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 29 saylı Səbail seçki dairəsindən namizəd Bəxtiyar Hacıyevin şikayətinə baxılıb.

Yeniavaz.com “qafqazinfo”ya istinadla xəbər verir ki, namizədin ərizəsi barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.

B. Hacıyev bildirib ki, həmin dairədə nəticələr ləğv edilsin.

DİGƏR XƏBƏRLƏR

Top