MSK bu məntəqələrin də nəticələrini LƏĞV ETDİ

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsi üzrə daxil olan müraciətlərə baxılıb.

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, bu barədə məlumat verən MSK üzvü İlkin Şahbazov şikayətlərin araşdırılması zamanı bir çox məqamların aydınlaşdığını vurğulayıb. 

O qeyd edib ki, həmin dairədə 4,8,9 saylı seçki məntəqəsininin protokolunda seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən pozuntular aşkarlanıb. 

“Bundan əlavə, sosial şəbəkələrdə yayılan görüntülərdə də bu kimi hallar əks olunub. Müraciət edən namizədlər seçki dairəsi üzrə ümumi nəticələrin ləğvini tələb ediblər”. 

MSK ekspert qrupunun rəyi əsasında dairə üzrə bəzi məntəqələrin ləğv edilməsi təsdiqlənib. 

Qeyd edək ki, 32 saylı Suraxanı Seçki Dairəsi üzrə lider namizəd Afət Həsənovadır.

DİGƏR XƏBƏRLƏR

Top