Oğurlandığı deyilən dizaynerlə bağlı DİN və BŞBPİ-dən AÇIQLAMA


Fevralın 16-da MSK qarşısında keçirilən razılaşdırılmamış aksiyanın qarşısını almaq üçün oraya gətirilmiş polislərin görüntülərini montaj edən qrafik-dizayner Rəsul Həsənin yoxa çıxdığı iddia edilir.
Bu barədə Yeniavaz.com-a açıqlama verən DİN-in mətbuat katibi Ehsan Zahidov bu barədə onlarda heç bir məlumatın olmadığını bildirib. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat katibi Elşad Hacıyev də, sözügedən qrafik-dizaynerin Bakı polisi tərəfindən saxlanılmadığını deyib.

Qeyd edək ki, sosial şəbəkələrdə Rəsul Həsənin dostları bu gün səhərdən ondan xəbər ala bilmədiklərini, telefon zənglərinə cavab vermədiyini bildirirlər.
Montaj olunan görüntüləri təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top