“Reuters”: AKP-də kütləvi istefalar başlayacaq


Türkiyənin keçmiş Baş nazir köməkçisi Əli Babacanın qurduğu yeni partiya səbəbilə AKP-də istefaların başlayacağı bildirilib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, uzun müddətdir təqdimatı gözlənilən Babacanın qurduğu partiya barədə yeni məlumatlar yayılıb. "Reuters"in xəbərinə görə, yaxın günlərdə Babacanın partiyasına qoşulmaq üçün AKP-nin çox sayda üzvü istefa verəcək. Babacana yaxın qaynaqlardan "Reuters"ə verilən məlumatlarda bildirilib ki, partiyanın demək olar ki, bütün işləri tamamlanıb. Təqdimatının bu vaxta qədər gecikdirilməsinin səbəbi isə partiya barədə bütün detalların incə şəkildə ələ alınması olub.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top