Liftə Putinin portreti yapışdırıldı, yaşlı qadın kənarından tutub... - VİDEO


Rusiyalı videobloqer maraqlı sosial sınaq həyata keçirib.
Yeniavaz.com xəbər verir ki, rusiyalı bloqer Bəşir Dokov yaşayış binalarından birinin liftinə Putinin portretini yerləşdirərək sakinlərin reaksiyasını öyrənməyə çalışıb. Liftdə Putinin şəkli ilə rastlaşan sakinlər təəccüblərini gizlədə bilməyiblər. Daha sonra naməlum bir qadın yaşlı anası ilə birgə liftə minib. Yaşlı qadın Putinin portretini görən kimi əsəbi halda kənarından tutub qoparmaq istəyib. Qızı isə anasına liftdəki kameranı göstərək xəbərdarlıq edib. Qadın kameranı gördükdən sonra gülümsəyərək fikrindən daşınıb.
Sosial sınaq videosunun tam versiyasını təqdim edirik:

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top